Çeşidləyici (Gəncə)
Son tarix 19 noyabr 2021
Vəzifə öhdəlikləri:
Sifariş qaiməsi əsasında anbardan dərman preparatlarını və digər tibbi ləvazımatları çeşidləyir;
Qaimədəki sifarişə əsasən dərman preparatlarının və digər tibbi ləvazımatların yararlılıq müddətini və seriyalarını çeşidləyib topladıqdan sonra nəzarətçiyə təqdim edir;
Nəzarətçinin qaimə əsasında yoxladığı sifarişin çeşidlərində və sayında problem olduqda onun tapşırıqlarını yerinə yetirir;
Rəflərdə dərman preparatlarını və digər tibbi ləvazımatların düzgün yığılmasına,müddət və seriyaların ardıcıllığı ilə düzülməsini təmin edir;
Rəfləri təmiz və səliqəli saxlayır;
Rəhbərinin göstərişlərini düzgün yerinə yetirir və istifadəsində olan inventar, avadanlıqları qoruyur, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edir.
Tələblər:
İş təcrübəsi: 0 – 1 il.
Riyazi təfəkkür və işin incəliklərinə diqqət;
Operativlik;
Böyük həcmli işdə işləmək bacarığı;
Komandada işləmək bacarığ;
Azərbaycan dili – mükəmməl; Rus dili – orta;
Kompyuter bacarıqları: MS Office, 1C programı;
Anbar sahəsində çalışanlara üstünlük verilir.
İş şəraiti:
İş qrafiki: 6 günlük iş həftəsi;
İş yeri: Gəncə şəh. Niyazi Əhmədov
Maraqlananlar CV-lərini 19.11.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun ([email protected]) mövzu (subject, тема) hissəsində “Çeşidləyici” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.