“Azəriqaz” ilin yekunlarına dair hesabat açıqlayacaq

“Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 30 dekabr saat 11:00-da başlayacaq.

İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, media nümayəndələrinə ilin yekunlarına dair hesabat açıqlanacaq.

Aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.