ARDNF valyuta hərraclarındakı satışını 23% azaldıb

Bu il Dövlət Neft Fondu (ARDNF) 5 185,3 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

Index.az xəbər verir ki, bu, ötən illə müqayisədə 22,5% azdır.

Təkcə bu ay isə ARDNF-in valyuta satışının məbləği 595,9 milyon dollar təşkil edib. Bu isə ötən ilin dekabr ayına nisbətən 39,8% azdır.