Dünyanın üçüncü ən zəngin adamı sərvətini necə 40 milyard dollar artırdı?

Bu il sərvətini 40 milyard dollar artıran Qautam Adani 2022-ci ilin ən diqqət çəkən adlarından biri oldu. Hindistanlı milyarder dünyanın üçüncü ən zəngin adamıdır və bir çox sövdələşmələr edərək şirkətlərinin səhmlərini artırdı.

Gautam Adani fantastik bir il keçirdi. O, Mukeş Ambanini taxtdan salaraq Asiyanın ən zəngin adamı oldu. O,
1980-ci illərdə Mumbayda almaz taciri kimi fəaliyyətə başlayan və kömürdən sərvət qazanan ilk nəsil sahibkar necə oldu?

Bu il qiymətlərin qalxmasına səbəb olan enerji böhranı onun üçün böyük təkan oldu. Adani bu il Asiyanın ən işlək sövdələşmə şirkəti oldu. O, İsraildə bir liman olan “Holcim Ltd.”ni satın aldı və Hindistanda hökuməti tənqid edən bir neçə media orqanından biri olan NDTV-ni “ələ keçirdi”. Adani şirkətlərinin səhmləri artan inflyasiyanın və zəifləyən iqtisadiyyatın səbəb olduğu daha geniş satışa qarşı çıxa bilmədi, lakin ümumiyyətlə yüksələrək onun yüksəlişinə təkan verdi.

Hindistanın böyüməsinə böyük əhəmiyyət verən Adani, “India Today”ə verdiyi müsahibədə, ölkənin növbəti on il ərzində hər 12-18 ayda ÜDM-yə bir trilyon dollar əlavə edəcəyinə inandığını söylədi. Adani “Bu əsr Hindistana məxsusdur” dedi. Borcları ilə bağlı deyilənlərə cavab verən Adani bildirib ki, şirkətlərinin Hindistan banklarından götürdüyü kreditlər son 9 ildə 86 faizdən 32 faizə düşüb. Adani “Borcumuzla bağlı söhbətlər məni çox təəccübləndirdi. Biz çox güclüyük və maliyyə cəhətdən təhlükəsizik”, – deyə o bildirib.