Dünyada belə işəgötürən yoxdur: Bütün işçilərə 25 maaş bonus

“Skoda”nın Türkiyə distribütoru “Yüce Auto”nun bütün işçilərinə 25 maaş bonus verdiyini açıqlaması sosial mediada gündəm oldu. Bonusu təsdiqləyən “Yüce Auto” İdarə Heyətinin sədri Ahmet Yüce daha sonra verdiyi açıqlamalarla daha böyük sürpriz yaradıb.

Türkiyənin məşhur markaları arasında yer alan “Skoda” ilə bağlı diqqətəlayiq bir inkişaf var. Şirkətin Türkiyədə distribütoru olaraq fəaliyyətini davam etdirən “Yüce Auto”nun bütün işçilərə 25 maaş bonus verdiyi açıqlanıb. Jurnalist Emre Özpeynircinin xəbər verdiyi hadisə iş dünyasının gündəminə oturub.

“Yüce Auto”nun İdarə Heyətinin sədri Ahmet Yüce isə məsələnin niyə gündəmə gəldiyini anlaya bilməyib. Ahmet Yücenin fikrincə onların bu jesti olduqca normaldır və keçən il də buna bənzər bir əməl həyata keçirilib.

Mediada əks olunan xəbərlərlə bağlı açıqlama verən “Yüce Avto” İdarə Heyətinin sədri Ahmet Yüce 25 maaş bonus xəbərinin gündəmdə olmasından təəccübləndiyini dilə gətirib.  O açıqlamasında deyib: “Onsuz da bütün işəgötürənlər işçilərinə öz haqlarını verməlidirlər. Açığı, bunun gündəm xəbər olması məni heyrətə gətirir. Nəticədə işçilərimizə haqqını verdik. Bu, normal bir işdir. Keçən il də işçilərimizə 15 maaş bonus vermişdik.”

http://