Bu şəxslərə hər ay 600 manat veriləcək

Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

İndex.az xəbər verir ki, dəyişikliyə əsasən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək.

Qeyd edək ki, bu müavinət birdəfəlikdir.

Bu müavinət 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək veriləcək.