“Azərpoçt” işçilər axtarır – VAKANSİYALAR

Azərpoçt

Xəzinədarlıq departamentinin Direktoru

Son tarix 28 yan 2023 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Xəzinədarlıq Departamenti işinə aid olan əməliyyatların və sənədlərin bütün normativ və müəssisə daxili qaydalara uyğun olmasını təmin edir;
  • Mənfəətliliyin artırılması məqsədi ilə birbaşa rəhbəri tərəfindən tapşırılmış layihələrin realizasiyasında iştirak edir.
  • Maliyyə bazarlarını təhlil edir, yeni tərəfdarların cəlb edilməsi və müştərilərlə əməliyyatların həcminin artırılması məqsədi ilə səy göstərir, yeni məhsullar işləyib hazırlayır;
  • Aktiv və Passivlərin idarəedilməsində, bazar və likvidlik risklərinin qiymətləndirilməsi və idarəedilməsini həyata keçirmək;
  • Maliyyə bazarlarında əqdlərə birbaşa nəzarət edilməsi;
  • İdarə Heyəti tərəfindən verilən müxtəlif tapşırıqlarını icra etmək, onların dövrü iclasları üçün müvafiq sənədlərin (hesabatların) hazırlanmasını təmin etmək

Namizədə dair tələblər:

  • Ali iqtisadi təhsilin olması.
  • 5 ildən artıq banklarda Xəzinədarlıq (FX əməliyyatlar, Maliyyə bazarlarında əməliyyatlar, Qiymətli kağızlar ilə əməliyyatlar və s) istiqamətində iş təcrübəsi;
  • CFA sertifikatı olması (arzu olunandır).
  • Mükəmməl səviyyədə İngilis dilində yazma, oxuma və danışma bacarığının olması; (o cümlədən, yaxşı səviyyədə Rus dili)
  • Beynəlxalq maliyə instituları ilə əməkdaşlıq etmə bacarığı;
  • Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı;
  • Makro və mikro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;;
  • Liderlik və işçi heyətini idarəetmə bacarığı;
  • Maliyyə təhlili, komanda qurma bacarığı və idarəetmə bacarığı.;
  • MS Office proqramlarında işləyə bilmək qabiliyyəti.

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan:  Ü.Hacıbəyli 72)

İş vaxtı: Həftə içi 5 gün, saat 9:00 – 18:00

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Maraqlananlar, öz CV-lərini “Xəzinədarlıq departamentinin Direktoru” başlığı ilə göndərə bilərlər.

 

Metodologiya üzrə mütəxəssis

Son tarix 27 yan 2023 [email protected]

Vəzifə öhdəlikləri:

  • Müəssisənin struktur bölmələrindən daxil olan sorğular əsasında normativ xarakterli sənədlərin yaradılması, müvafiq struktur bölmələri tərəfindən razılaşdırılması üçün təqdim olunması və rəhbərlik tərəfindən sənədin təsdiq olunması üçün yönləndirilməsi;
  • Müəssisənin struktur vahidləri tərəfindən hazırlanmış normativ sənəd layihələrinin nəzərdən keçirilməsi və standartlara uyğunlaşdırılması müvafiq struktur bölmələri tərəfindən razılaşdırılması üçün təqdim olunması və rəhbərlik tərəfindən sənədin təsdiq olunması üçün yönləndirilməsi;
  • Biznes Proseslər üzrə metodoloji bazanın təkmilləşdirilməsi
  • Metodoloji dəstək məqsədilə proseslərin təkmilləşdirilməsi, məhsul və xidmətlərin yaradılması üzrə həyata keçirilən layihələrdə iştirak;
  • Müəssisənin biznes proseslərinin (biznes proseslərin daxili idarə olunması funksiyasına malik struktur vahidlərin prosesləri istisna olmaqla) təhlili, təkmilləşdirmə imkanlarının araşdırılması və bununla bağlı təkliflərin verilməsi;
  • Normativ sənədlərin təsdiqə təqdim olunması üçün ehtiyac olduqda təqdimat hazırlamaq və səlahiyyətli orqan qarşısında məsələni müzakirəyə təqdim etmək;
  • Müəssisənin normativ sənədlər üzrə elektron kitabxanasının (elektron bazanın) aparılması, sənədlərin yerləşdirilməsi.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi  ;
  • Prosedurların və daxili normativ qaydaların yaradılması və yazılması üzrə təcrübə;
  • Mükəmməl yazılı və şifahi ünsiyyət vərdişləri;
  • Dəyişiklikləri qəbul etmək bacarığı, yeni biliklər əldə etməyə hazırlıq;
  • Azərbaycan, rus və ingilis dillərini bilmək.

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan:  Ü.Hacıbəyli 72)

İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Maraqlananlar, öz CV-lərini “metodologiya üzrə mütəxəssis” başlığı ilə göndərə bilərlər.

 

Satış üzrə mütəxəssis

Son tarix 15 yan 2023 [email protected]

Vəzi̇fə Öhdəli̇kləri̇:

  • Potensial müştərilərin cəlb edilməsi.
  • Gündəlik koorparativ müştərilərlə əlaqə qurmaq və görüşlərin təşkili.
  • Şirkəti yüksək səviyyədə təqdim və təmsil edilməsi
  • Müştərilərin tələbatını öyrənmək, xidmətimiz barədə ətraflı və dolğun məlumat vermək.
  • Müştəri bazasının genişləndirilməsində fəal iştirak etmək.
  • Uğurlu satış həyata keçirilməsi üçün həmkarları ilə fəal əməkdaşlıq etmək, həmçinin müvafiq qaydada məlumat mübadiləsi aparmaq.
  • İnternet və digər media kanalları üzərindən potensial müştəri axtarışını həyata keçirmək.
  • Müştəri xidmətləri və müştəri məmnuniyyəti ilə bağlı qaydaları bilmək və tətbiq etmək.

Nami̇zədə Dai̇r Tələblər:

  • İş stajı : müvafiq sahədə ən azı 2-3 il.
  • Dil bilikləri: Azərbaycan dili. Rus və İngilis dili arzuolunandır.
  • Proqram bilikləri: MS Word, MS Excel.
  • Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
  • Təqdimat hazırlama və peşəkar formada təqdim etmək bacarığı.
  • Komanda ilə işləmə bacarığı.

İş vaxtı: Həftə içi 5 gün, saat 9:00 – 18:00

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

Maraqlananlar, öz CV-lərini “Satış üzrə mütəxəssis” başlığı ilə göndərə bilərlər.

 

Marketinq üzrə mütəxəssis

Son tarix 09 yan 2023 [email protected]

Vəzi̇fə Öhdəli̇kləri̇:

  • Təşkilatın illik marketinq planının icrasının təşkilinə birbaşa dəstək verilməsi
  • Bazarın araşdırılması, müqayisəli təhlillərin aparılması, şirkətin məhsullarının bazarda mövqeyi haqqında düzgün nəticələr təqdim olunması
  • Bazar araşdırmasına və tələblərə əsasən mövcud məhsulların inkişaf etdirilməsi üçün təkliflərin verilməsi
  • Fərqli məhsullar  üzrə ayrı-ayrı marketinq planlarının hazırlanması və icrası
  • Rəqəmsal marketinq fəaliyyətinə dəstək verilməsi (Veb-səhifə və sosial şəbəkələrdə reklam və digər kampaniyaların yaradılmasının təşkili və s.)
  • “Google SEO” və “Mass Mail” işinin təşkili
  • Şirkətin brendbukuna uyğun brendinq işlərinin aparılmasına birbaşa dəstək verilməsi
  • Filiallar, şöbələr və digər təmas nöqtələri üçün materialların hazırlanması;
  • Dövrü hesabatların hazırlanması və təhlili.
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirilməsi

Nami̇zədə Dai̇r Tələblər:

  • İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi (Maliyyə, xidmət sektorunda olanlara üstünlük veriləcək)
  • Rus və ingilis dili biliyi (Yenilikləri izləyə bilməsi və araşdırmalar aparmaq üçün)
  • MS offis proqramlarından istifadə bacarığı
  • Təqdimat və ünsiyyət bacarığı
  • Analitik və tənqidi düşünmə bacarığı
  • Məsuliyyətlilik, çeviklik, dürüstlük
  • Komanda ilə işləmə bacarığı

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan:  Ü.Hacıbəyli 72)

İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Maraqlananlar, öz CV-lərini “Marketinq üzrə mütəxəssis” başlığı ilə göndərə bilərlər.

 

Çağrı mərkəzi üzrə aparıcı mütəxəssis

Son tarix 09 yan 2023 [email protected]

Vəzi̇fə Öhdəli̇kləri̇:

  • Çağrı mərkəzinin işini idarə etmək;
  • Daxil olan zənglərin fasiləsiz və keyfiyyətli şəkildə qəbul olunmasını və cavablandırılmasını təmin etmək;
  • Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;
  • Çağrı Mərkəzinin şəxsi heyətinin təlim ehtiyaclarının müəyyən olunması və təmin edilməsi üçün müvafiq fəaliyyəti həyata keçirmək;
  • Şikayətlərin idarə olunması prosesini qurmaq və inkişaf etdirmək;
  • Dəyərləndirmə və monitorinq prosesini aparmaq və təkmilləşdirmək;
  • Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatları hazırlamaq.

Nami̇zədə Dai̇r Tələblər:

  • Çağrı mərkəzində azı 3 il iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan və Rus dili, orta ingilis dili biliyi olması   arzu olunandır
  • MS Office proqramlarında sərbəst işləməli;
  • Aydın və pozitiv ünsiyyət bacarığı;
  • İdarəetmə bacarığının olması;
  • Dürüst, punktual, diqqətli, ciddi olmalı;
  • Kollektivdə işləmək qabiliyyətli olmalı.

 

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan:  Ü.Hacıbəyli 72)

İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Maraqlananlar, öz CV-lərini “Çağrı mərkəzi üzrə mütəxəssis” başlığı ilə göndərə bilərlər.