“Xiaomi” yeni “Redmi K60” smartfonlarını təqdim edib

“Xiaomi” şirkəti yeni Redmi K60 smartfonlar xəttini təqdim edib – Redmi K60, Redmi K60E və Redmi K60 Pro. Məlumata görə, yeni modellərin qiyməti Çin bazarında 316 dollar təşkil edir.

Index.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bütün cihazlar 6.6 düymlük OLED-displey, o cümlədən 8, 12 və ya 16 Gb operativ və 128, 256 və 512 Gb daxili yaddaş alıb. Smartfonları bir-birindən fərqləndirən tək cəhət prosessordur: K60 Pro modeli flaqman sayılan Snapdragon 8 Gen 2, K60 – Snapdragon 8+ Gen 1, K60E – MediaTek Dimensity 8200 ilə təchiz olunub.

60 4

Bütün yeni smartfonlar Wi-Fi 6E, Bluetooth 5.3, NFC, eləcə də iki SİM-kartla alıb. Yeni cihazlar Android sistemi əsasında yaradılıb.