“Real” klubu balaca Kristianonu qəbul etdi

Madridin “Real” klubu Kriştianu Ronaldunun böyük oğlu Cunior Kristianunu gənclər akademiyasına qəbul edib.

İndex.az xəbər verir ki, bu barədə jurnalist Edu Kornaqo öz “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Ronaldunun böyük oğlu fevral ayında “Mançester Yunayted”in akademiyası ilə müqavilə imzalamışdı.

Balaca Kriştianu əvvəllər “Posuelo” və “Yuventus”un uşaq komandalarında da çıxış edib.