Şuşada Mərkəzi Xəstəxananın tikintisi 41 milyon manata başa gələcək

Səhiyyə Nazirliyi Fərid-İnşaat firması ilə 41 milyon manatlıq müqavilə bağlayıb.

Index.az xəbər verir ki, müqavilədə Şuşa rayonunda 90 çarpayılıq Mərkəzi Xəstəxanasının tikintisi ( 1-ci mərhələ) nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 40 808 275 manatdır.

Qeyd edək ki, Fərid-İnşaat firması 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Sübhan Həsənovdur.