DGK sədrinin müavini vəzifəsindən azad edildi – SƏRƏNCAM

Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Həsən oğlu Abdullayev vəzifəsindən azad edilib.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Ə. Abdullayev 1963-cü il iyul ayının 26-da anadan olub. 1985-ci ildə Kiyev İnşaat Mühəndisləri İnstitutunu bitirib.

1985-1996–cı illərdə Yaşıllaşdırma müəssisəsinin Baş İstehsalat İdarəsində iqtisadçı, mühəndis, böyük mühəndis, şöbə rəisi, trest rəisi vəzifələrində işləyib.

1996-2006-cı illərdə Azərbaycan Dövlət Gömrük Komitəsində İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib.

2006-cı il iyunun 21-dən Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.