Çin dünyanın ən kiçik kabrioletini istehsal edib – QİYMƏT

Çin dünyanın ən kiçik ölçülü elektrik kabrioletini istehsal edib.

İndex.az xəbər verir ki, «Wuling» şirkəti uzunluğu cəmi 3 metr olan kabrioletin istehsalını elan edib və qiymətini açıqlayıb. «Hongguang Mini EV Cabrio» adlanan və üstüaçıla bilən elektromobil 14,3 min dollara təklif edilir. Elektronmobil 41 at gücündə mühərriklə təmin edilib, hansı ki, bir dəfə enerji yığmaqla 280 km məsafəyə gedə bilir.

«Hongguang MINI EV»in tam çəkisi 925 kiloqram təşkil edir.

«Wuling» kabriotleti təkcə ölçüləri ilə deyil, qiymətinə görə də rekord vurub – dünyada 15 min dollardan ucuz olan kabriolet yoxdur.