“Azersun Holding”ə işçilər tələb olunur – VAKANSİYALAR

Azersun Holding

Satınalma üzrə kiçik mütəxəssis (Kürdəmir)

Son tarix 26 yan 2023 [email protected]

Tələblər:

  • Ali İqtisadi təhsil;
  • Sahə üzrə minumum 1 il iş təcrübəsi olmalı;
  • MS office proqramlarında işləmə bacarığı;
  • B kateqoriya sürücülük vəsiqəsi;
  • Kürdəmir və yaxın bölgələrdən olması arzuolunandır;
  • Analitik düşünmə qabiliyyətinə malik olmalıdır.

İş haqqında:

  • Xammal planına uyğun olaraq işlədiyi ərazi üzrə müəssisələri xammalla təmin etmək;
  • Məhsul və qiymətlər haqda araşdırmalar aparmaq;
  • Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi;
  • Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
  • Sərfəli şərtlərlə keyfiyyətli məhsulların alınması.

İş şərtləri:

  • İş qrafiki: həftə içi 5 gün

İş yeri:

  • Kürdəmir rayonu.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsinə “Satınalma üzrə kiçik mütəxəssis (Kürdəmir)” qeyd etməyiniz xahiş olunur.

 

Müştəri xidmətləri üzrə mütəxəssis

Son tarix 26 yan 2023  [email protected]

Tələblər:

  • Ali təhsili olmalı;
  • Komandada işləmək bacarığı olmalı;
  • İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı;
  • Müştəri xidmətləri sahəsi üzrə 1-2 il iş təcrübəsi olmalı;
  • Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
  • Mükəmməl təqdimat bacarığı olmalı.
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməli;

İş haqqında məlumat: 

  • Müştərilərə müəssisənin xidmətləri barədə məlumat vermək;
  • İşlətmənin korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirtmək;
  • Müştərilərə məhsul/qiymət/kampaniya ilə bağlı təmkinli şəkildə düzgün məlumat vermək;
  • Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və müvafiq şöbələrə yönəltmək;
  • Daxil olan şikayətlərin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması, müştəriləri məmnuniyyəti sorğusunun aparılması;
  • Yeni məlumatları məlumat bazasına əlavə etmək və mövcud məlumatlardakı dəyişiklikləri yeniləmək;
  • Müştəri məmnuniyyətinin əldə olunması üçün xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq;
  • Müəssisə ve müştərilərin məlumat məxfiliyini qorumaq və müştərilərlə nəzakətli ünsiyyətdə olmaq;
  • Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək.

İş yeri: Dreamland (Bakı şəhəri)

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

Marketinq tədqiqatları şöbəsində Mütəxəssis

Son tarix 26 yan 2023 –  [email protected]

Tələblər:

  • Ali təhsil (Marketinq və ya əlaqəli sahələrdə);
  • Marketinq və Bazar araşdırması sahəsində 2 il təcrübəsi olmalı;
  • İngilis və Rus dillərini sərbəst bilməli;
  • Yüksək səviyyədə MS office biliyi (Xüsusilə Excel və PowerPoint);
  • Marketinq sahəsi və bazar araşdırması üzrə nəzəri və praktiki biliklər;
  • Analitik düşüncə, araşdırma və təhlil bacarığı;
  • Ünsiyyət və təqdimat bacarığı.

Vəzifə Öhdəlikləri:

  • Sorğu anket formunun tərtib edilməsi;
  • Sorğu anketinin sahədə icarsını təmin etmək üçün DP mütəxəsisləri ilə birklikdə çalışmaq və dəstək vermək;
  • Anketçilərin sahəyə hazırlnaması üçün sahə komandasına dəstək vermək;
  • Sahə məlumatlarının dəqiqliyinə nəzarət etmək, sahə komandası ilə birgə çalışmaq;
  • ​​​Datanın yoxlanılması  və araşdırma nəticələrinin  ilkin təhlili;
  • Yekun Araşdırma hesabatının hazırlanmasında iştirak;
  • Bağlı olduğu şöbə rəhbərinin vəzifələrinə aid olan bütün işlərdə kömək etmək.

İş yeri:

  • Baş ofis

İş qrafiki:

  • Həftə içi 5 gün 09:00-18:00

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına email-in mövzu hissəsinə “Marketinq tədqiqatları şöbəsində Mütəxəssis” yazaraq göndərə bilər və ya “Müraciət et” butonuna basaraq qeydiyyatdan keçib müraciət edə bilərsiniz.

 

Gömrük əməliyyatları üzrə mütəxəssis

Son tarix 26 yan 2023 –   [email protected]

Tələblər:

  • Ali təhsilli olmalı (Gömrük və İqtisadiyyat sahələri üzrə);
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Rus və İngilis dillərini bilməli;
  • Excel bilikləri yaxşı səviyyədə olmalı;
  • Gömrük Məcəlləsini bilməli.

İş haqqında:

  • Gömrük bəyannamələrinin düzgünlüyünün yoxlamaq və vaxtında açılmasını təmin etmək;
  • Firmalar adına olan bütün idxal yüklərinin gömrük rəsmləşdirilməsini aparmaq;
  • Bəzi firmalarin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Tərəfindən alınmış Təşviq Planına düşən yüklər üçün təsdiqedicinin alınaraq yükün imtiyaza salınması;
  • Sənədlərin düzgün olmasının yoxlanılması, e.gov.az portalından yüklərin sərhədimizi keçməsini izləyib, verilən barkodların ölkəmizin sərhədini keçdikdən sonra, gecikdirilmədən idxalının rəsmiləşdirilməsini həyata keçirmək;
  • Bakı Baş Gömrük İdarəsi tərəfindən geri qaytarılan bəyannamələrin səbəbini araşdıraraq problemin aradan qaldırılması təmin etmək;
  • Yeni yük uçün olan tələblərin YSP  proqramından yük haqqında məlumatları yoxlamaq.

İş şərtləri:

  • Həftə içi 5 gün

İş yeri:

  • Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.  Email-in mövzu hissəsində “Gömrük əməliyyatları üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

Housekeeping supervisor

Son tarix 26 yan 2023 – [email protected]

Tələblər:

  • Orta vəya ali təhsilli olmalı;
  • Aidiyyatı sahədə minimum 3 il təcrübəsi olmalı;
  • Gigiyena haqqında məlumatlı olmalı;
  • Liderlik bacarıqları olmalı;
  • Ünsiyyət bacarıqları yaxşı olmalı.

İş haqqında məlumat:

  • Tabeçiliyində olan ərazilərin təmizlik işini təşkil etmək;
  • Bütün həmkarların öz vəzifələrini vaxtında yerinə yetirmələrini, həmişə müvafiq forma geyinmələrini və ad nişanlarını taxmalarını təmin etmək;
  • Bütün sahələrin, şöbələrin hazır olmasını və ehtiyaclarını təmin etmək üçün ön büro, qonaq xidmətləri və eşikağası ilə əməkdaşlıq etmək;
  • Kimyəvi maddələrin düzgün istifadəsinə nəzarət etmək;
  • Şirkətə məxsus avadanlıq və maşınların düzgün istəfadəsinə nəzarət etmək;
  • İşçi personalının təhlükəsizliyini təmin etmək;
  • Təmirə ehtiyacı olan əşyaların təmir olunmasını təmin etmək üçün müvafiq tədbirlər almaq;
  • Qonaqların tələblərinin və təmizlik ləvazimatlarının mərtəbədəki ofislərdə düzgün yerləşdirilməsini təmin etmək;
  • Bütün dərin təmizləmə proqramlarının planlaşdırılmasını təmin etmək;
  • Təmizlik işinin inkişafı üçün Layihə Menecerinə öz təkliflərini vermək;
  • Müvafiq şöbəyə/həmkarlara yeni və ya fərqli prosedurlar barədə vaxtında məlumat vermək.

İş Yeri: Dreamland (Bakı şəhəri)

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Housekeeping supervisor” qeyd etməyiniz xahiş olunur.