
22-27 dekabr 2022-ci il tarixlərində ticarətə buraxılan “Kapital Bank” ASC-nin nominal dəyəri 12.39 manat olan 19,999,999.95 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi Bakı Fond Birjasında yekunlaşıb.
İndex.az xəbər veri ki, bu barədə BFB-dən bildirilib. Məlumata görə, abunə yazılışı zamanı 63 investor tərəfindən 12.39 manat qiymətindən 66 sifariş təqdim edilib.
Qeyd edək ki, bankın nizamnamə kapitalı 245 849 999.85 manatdır.