“PAŞA Sığorta”ya işçi lazımdır

Vakansiya: Zərərlərin qiymətləndirilməsi və təmir üzrə təcrübəçi

Vəzifə və Öhdəliklər:

Əmlaka dəyən zərərin qiymətləndirilməsinə dair sənədlərin kənar strukturlardan (avtoservislərdən, qiymətləndiricilərdən) əldə edilməsi
Təmir işlərinə ümumi nəzarətin həyata keçirilməsi və təmirin keyfiyyətli olmasının təşkil edilməsində dəstək
Sığorta hadisəsi nəticəsində əmlaka dəyən zərərin müəyyənləşdirilməsi, hissələrin siyahısının tərtib edilməsi, avtoservislərin təqdim etdiyi qiymətlərin orta bazar qiymətlərinə uyğunluğuna nəzarət və avtoservislərlə qiymətlərin razılaşdırılmasında dəstək
Yekun zərərin təyin edilməsində dəstək və məlumatın departamentin müvafiq əməkdaşına ötürülməsi
Sığortaçının, müştərilərin və avtoservislərin xeyrinə əsassız xərclərin qarşısının alınması, sığorta dələduzluğunun aşkarlanıb ifşa olunmasının təşkilində dəstək
Öhdəliklərinin icrası zamanı aşkarlanmış lazımı məlumatların Departamentin digər əməkdaşlarına ötürülməsi
Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi üçün üçüncü müstəqil tərəfin iştirakının vacib olduğu təqdirdə, bunun təmin edilməsi

Biliklər:

Natamam Ali və ya Ali təhsil – Texniki sahədə təhsil arzu olunandır
Yol nəqliyyat hadisələri haqqında biliklər arzu olunandır
Avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri haqqında məlumatlı olmaq arzu olunandır
Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki biliklər
Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə biliklərin olması. Rus və İngilis dili bilikləri arzu olunandır

Bacarıqlar:

Yaxşı ünsiyyət bacarığı
Stressə davamlılıq
Təşəbbüskarlıq
Məqsədyönlülük
Emosional stabillik və məsuliyyətli olmaq
Son müraciət tarixi: 25 yanvar, 2023

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi  [email protected] email adresinə göndərin.