“Gazelli Group” məhkəməyə verildi

“Billur Elm İstehsalat” MMC kosmetika şirkəti olan “Gazelli Group” MMC-ni məhkəməyə verib.

Index.az xəbər verir ki, iddia müqavilələrdən əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.

İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq.