DSMF-nin xərcləri 8% artıb

İlkin məlumatlara görə, bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 5 726,4 milyon manatdır.

İndex.az xəbər verir ki, bunu Fondun sədri Himalay Məmişov bildirib.

Onun sözlərinə görə, bu, ötən illə müqayisədə 10,6% çoxdur.

2022-ci ildə DSMF-nin gözlənilən xərcləri isə 5 250,3 milyon manatdır ki, bu da 2021-ci ilə nisbətən 8,4% çoxdur.