“Zeytun” apteklərində nöqsanlar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Zeytun” apteklər şəbəkəsinə məxsus bəzi apteklərdə nöqsanlar aşkarlayıb.

Bu barədə İndex.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, agentlik Bakı, Sumqayıt və Şirvan şəhərlərində yerləşən ümumiyyələ 4 aptekdə nöqsanlar aşkar edib.

Bunlar Bakının Nəsimi rayonu, S.Zeynalov küç., ev 4, Nəsimi rayonu, Azadlıq pr., ev 63, Sumqayıtda Sumqayıt şəhəri, 14-cü məhəllə və Şirvan şəhəri, F.Eynullayev küç., ev 3m ünvanlarında yerləşən apteklərdir.

Məlumata görə, “Zeytun” ateklərində qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, həmçinin Azərbaycan dilində markalanması olmayan məhsulların satışı həyata keçirildiyi müəyyən edilib.

Agentlikdən bildirilir ki, aşkar edilmiş nöqsanla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.