Qətərdəki dünya çempionatının ən yaxşı qolu müəyyənləşib.
İndex.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada Braziliya millisinin hücumçusu Rişarlisonun qrup mərhələsinin ilk turunda Serbiya yığmasına vurduğu ikinci qol layiq görülüb.
25 yaşlı forvard 73-cü dəqiqədə qayçı zərbəsi ilə topu rəqibin qapısından keçirib.
Qeyd edək ki, Rişarlison səsvermədə həmyerlisi Neymarı, Səudiyyə Ərəbistanı millisindən Salem Əl-Davsarini, Niderlanddan Kodi Qakponu, Argentinadan Entso Fernandesi, Kamerundan Vensan Abubakarı, Meksikadan Luis Çavesi, Fransadan Kilian Mbappeni və Cənubi Koreyadan Pek Sın Xonu geridə qoyub.
Voted by you and only you:
??? @richarlison97‘s bicycle kick is one for the books and your ? Hyundai Goal Of The Tournament! #HyundaiGOTT2022 | #FIFAWorldCup pic.twitter.com/ZADZr56ds9
— FIFA World Cup (@FIFAWorldCup) December 23, 2022