FİFA Nusretə görə araşdırmaya başladı

Nusret Gökçenin dünya çempionatının kupasına toxunmasından günlər sonra FIFA açıqlama verdi.

FİFA bazar günü Nüsrətin Argentinanın Qətərdə keçirilən dünya çempionatının qeyd etmə mərasiminə müdaxilə etməsindən sonra bu hadisənin səbəblərini araşdırır.

Əsl adı Nusret Gökçe olan məşhur restoran sahibi finaldan sonra Lionel Messi də daxil olmaqla argentinalı futbolçularla selfi çəkdirmək istəyərkən və əlində Dünya Kubokunu tutarkən meydanda görüntülənib.

FİFA məsələ ilə bağlı araşdırmalara başlayıb. FİFA Sky Sports-a verdiyi məlumatda Nüsrətin meydançaya girişinin icazəsiz olduğunu və qaydalara uyğun olaraq bağlanış mərasimi zamanı kuboka yalnız Dünya Kubokunun qalibi olan komanda və dövlət başçılarının toxunmasına icazə verildiyini bildirib.

“FIFA dekabrın 18-də Lusail stadionunda keçirilən kubok mərasimində bəzi şəxslərin meydançaya necə icazəsiz giriş əldə etdiyini müəyyənləşdirir. Müvafiq tədbirlər görüləcək” – FİFA-nın sözçüsü deyib.

Daha əvvəl məşhur aşpazın restoranına baş çəkən FİFA prezidenti Canni İnfantinonun Nüsrətlə heç bir əlaqəsinin olmadığı aydın olub. FİFA ilə “Salt Bae” arasında heç bir kommersiya əlaqəsinin olmadığı da güman edilir.

İndi gözlər FİFA-nın mövzu ilə bağlı tətbiq edəcəyi sanksiyadadır.