2022-ci ilin ən yaxşı oyun qurucusu adına namizədlər kimlərdir?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı oyun qurucusu adına namizədləri açıqlayıb.

İndex.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 25 futbolçu yer alıb.

Qalib 2023-cü il yanvarın əvvəllərində səsvermə nəticəsində bəlli olacaq.

İlin ən yaxşı oyun qurucusu adına namizədlər aşağıdakılardır:

Futbolçu Ölkəsi Klubu
Luka Modriç Xorvatiya “Real”
Kevin De Bruyne Belçika “Mançester Siti”
Bernardo Silva Portuqaliya “Mançester Siti”
Tomas Müller Almaniya “Bavariya”
Bruno Fernandeş Portuqaliya “Mançester Yunayted”
Trent Aleksander-Arnold İngiltərə “Liverpul”
Nqolo Kante Fransa “Çelsi”
Pol Poqba Fransa “Mançester Yunayted”
Dimitri Paye Fransa “Marsel”
Hakan Çalhanoğlu Türkiyə “İnter”
Kristian Eriksen Danimarka “Mançester Yunayted”
Antuan Qrizmann Fransa “Atletiko”
Fil Foden İngiltərə “Mançester Siti”
Duşan Tadiç Serbiya “Ayaks”
Joşua Kimmix Almaniya “Bavariya”
Sergey Milinkoviç-Saviç Serbiya “Latsio”
Jorjinyo İtaliya “Çelsi”
Pedri İspaniya “Barselona”
Marko Verratti İtaliya PSJ
Toni Kroos Almaniya “Real”
Lionel Messi Argentina PSJ
Anxel Di Mariya Argentina PSJ/“Yuventus”
Alfonso Deyvis Kanada “Bavariya”
Mohammed Kudus Qana “Ayaks”
Daiti Kamada Yaponiya “Ayntraxt”