Londonun “İCE Futures” birjasında bu gün səhər keçirilən hərraclarda təbii qaz 1 faizədək bahalaşıb.
İndex.az xəbər verir ki, hərracın açılışında TTF onlayn qaz satışı mərkəzinin indeksi 935,8 avro (1085,5 ABŞ dolları), Bakı vaxtı ilə saat 10.26-ya olan vəziyyətə görə isə 924,6 avro (1072,5 dollar) təşkil edib.
Qeyd edək ki, ötən gün hərracın sonunda qiymət 1070 dollar olub.