“Qarabağ”ın uğurlu çıxışı mənə xoş gəlmir”

“Neçə ildir ki, “Qarabağ”ın daha uğurlu çıxış etdiyini görürəm. Bu, şəxsən mənə heç də xoş gəlmir”.

İndex.az xəbər verir ki, bunu “Report”a müsahibəsində “Neftçi”nin sabiq futbolçusu Nikolas Kanales “Qarabağ”ın son illər Azərbaycan futboluna hegemonluq etməsinə münasibət bildirərkən deyib.

2012-2013 mövsümündə “ağ-qaralar”la Premyer Liqa çempionluğunu qazanan və 26 qolla çempionatın bombardiri olan 37 yaşlı çilili keçmiş hücumçu komandanın hazırkı durumuna münasibət bildirib.

Kanales “Neftçi”ni yenidən çempion kimi görmək arzusunda olduğunu söyləyib: “Düzü, işlərimlə əlaqədar çox maraqlana bilmirəm. Həm də televiziyada Azərbaycan çempionatının matçlarını canlı vermirlər. Amma imkan düşdükcə internet vasitəsilə nəticələrə baxıram. “Neftçi”ni daim zirvədə görməyi arzulayıram. Ümid edirəm ki, sevimli komandam yenidən layiq olduğu çempionluqları qazanacaq”.

Nikolas Kanalesin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.