Bu ölkədə siqaretin satışı qadağan edildi

Yeni Zelandiya dünyada ilk olaraq gələcək nəsil üçün siqaret çəkməyi qadağan edən qanun qəbul edib.

İndex.az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ölkədə 2009-cu il yanvarın 1-də və ya ondan sonra doğulanlara tütün satılmayacaq.

“Minlərlə insan daha uzun yaşayacaq, sağlamlaşacaq və səhiyyə sistemi 5 milyard dollar yaxşılaşacaq, çünki siqaretin səbəb olduğu xəstəlikləri, məsələn: çoxsaylı xərçəng növləri, infarkt, insult, amputasiyaları müalicə etmək məcburiyyətində qalmayacaq”, – açıqlamada qeyd olunub.