Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “Aztelekom” MMC-də növbəti struktur islahatı aparılıb.
İndex.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, qurumun azad edilmiş ərazilərdə ilk filialı olan “Şuşa” filialı fəaliyyətə başlayıb. Hələlik filial rəhbərliyinə təyinat yoxdur.
Bununla da qurumun filiallarının sayı 6-ya çatdırılıb.
Nazirlikdən “Report”un sorğusuna cavab olaraq fakt təsdiq edilib.
Qeyd edək ki, bundan öncə şirkətin “Cənub Şirvan”, “Şimal-Qərb”, “Şimal-Şərq”, “Aran” və “Dağlıq Şirvan” regional filialları yaradılıb.
Xatırladaq ki, “Aztelekom”da struktur islahatları “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezident İlham Əliyevin 27 aprel 2021-ci il tarixli Fərmanına uyğun olaraq aparılır. Filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur.