Bu gün 19:00-da DÇ-nın 1/4 final mərhələsinin ilk qarşılaşmasında Xorvatiya və Braziliya milliləri üz-üzə gələcək. Tarixində heç vaxt Braziliyanı məğlub edə bilməyən xorvatlar bu gün qələbəyə sevinə biləcəkmi? Yarımfinala kim adlayacaq? Cavabı proqnozumuzda.
XORVATİYA
Öz qrupunda pley-offa çıxmaq üçün əsas namizədlərdən olan xorvatlar qrup mərhələsinin ilk turunda Mərakeş millisi ilə qarşılaşdı. Hər iki tərəfin meydanda ehtiyyatlı davranması sonda oyunun qolsuz heç-heçə ilə yekunlaşmasına səbəb oldu. 2-ci turda Xorvatiya millisinin rəqibi okeanın o tayında gəlmiş Kanada idi. Bu oyunda da müdafiədə diqqətli olan xorvatlar qurduqları hücumları qolla tamamlayaraq amerikalıların qapısını 4 dəfə yol tapdılar. Kanada millisi bu qollardan yalnız 1-nin əvəzini çıxa bildi (4:1). Son turda qrupun əsas favoriti hesab edilən Belçika millisi ilə oyunda Lukakunun bir çox real qol vəziyyətində qeyri-dəqiq olması bu oyununda ilk turdakı Mərakeş oyunu kimi qolsuz heç-heçə ilə bitməsinə şərait yaratdı. Beləliklə xorvatlar pley-offa yüksəldilər.
1/8 finalda Yaponiya ilə qarşılaşan Xorvatiya ilk hissədə gözlənilmədən qapısında qol gördü. Fasiləyə geridə yollanan xorvatlar 2-ci hissədə İvan Perişiçin qolu ilə hesabı bərabərləşdirməyi bacardılar. Oyunun geri qalan hissəsində ehtiyyatlı oyun göstərən Xorvatiya millisi oyunu əvvəlcə uzatmalara, ardınca penaltilər seriyasına daşıdı. Penaltilərdə daha uğurlu olan Xorvatiya 1/4 finala adını yazdırdı.
BRAZİLİYA
Braziliya millisi öz qrupunun və bütövlükdə turnirin aşkar favoriti hesab olunurdu. Serbiya, İsveçrə və Kamerunun milliləri ilə eyni qrupda mübarizə aparan sambaçılar ilk turda 2:0 hesabı ilə Serbiyanı rahat məğlub etdilər. 2-ci turda rəqib İsveçrə idi. Bu oyunda Braziliya avropalıların güclü müqaviməti ilə üzləşdi. Yalnız oyunun sonrlarında Kazemironun əla zərbəsi ilə hesabı açmaq mümkün oldu.
3-cü turda sambaçıların Kameruna 0:1 hesabı ilə uduzması onların qrupu lider bitirməsinə heç bir təsir göstərmədi. Beləliklə pley-offa yüksələn Braziliya millisinin rəqibi Cənubi Koreya millisi oldu. Sambaçılar bu turun taleyini elə ilk hissədə həll etdilər. Braziliya möhtəşəm oyun göstərərək rəqibini meydanda sildi və fasiləyə 4:0 öndə yollandı. 2-ci hissədə Cənubi Koreyanın gücü yalnız 1 topa çatdı. 4:1 hesabı ilə qələbə qazanan Brazilya 1/4 finala vəsiqə qazandı.
PROQNOZ
Braziliya millisi həm mundialın, həm də bu qarşılaşmanın əsas favoritidir. Xorvatların necə çətinliklə qrupdan çıxdığını və 1/8 finalda Yaponiya qarşısında yalnız penaltilər seriyasında qalib gələ bilidiyini nəzərə alaraq onlara sambaçılar önündə heç bir şans vermirik.
Bizim ilk proqnozumuz Braziliya üçün Asiya handikapı (-1.5) – 2.07
Braziliyalılar 1/8 finalda göstərdilər ki, onlar öz üslublarına sadiq qalaraq futbolu meydanda həzz alaraq oynayacaqlar. Lakin onu da yaxşı bilirlər ki, Xorvatiya millisi koreyalılardan daha güclü heyətə malikdir. Braziliya millisinin bunu nəzərə alacağını düşünmürük. Hətta onlar minimal hesablı qələbə ilə razılaşmayıb 2-3 qol vurmağa çalışacaqlar.
İkinci mərcimiz Braziliyanın 3 qolla qələbəsi olacaq – 5.90
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 0:4 – 14.00
1-ci hissə qol cəmi – 1.5 ALT (1.49)
Braziliya 1-ci hissədə qol vuracaq – 1.55