"Kapital Bank" işçilər axtarır – VAKANSİYALAR

Biznes inkişafı üzrə ekspert

Son tarix 20 yan 2022 

Tələblər:

Ali təhsil (Maliyyə, İqtisadiyyat və Bank sahəsində arzuolunandır);

Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək (xüsusi ilə Excel və Power Point);

Yüksək analitik düşünmə qabiliyyəti zəruridir;

Yüksək komminikasiya və təqdim etmə bacarıqları;

Komandada işləmək bacarığı.

Öhdəliklər:

Yeni biznes imkanlarının təhqiqatı;

Bazar tələbatlarının (trendlərin) müəyyən edilməsi və məhsula aid ideyaların verilməsi;

Bank məhsulları haqqında biliklərə malik olması ve gəlirliyin hesablanması;

 Təhqiqat məlumatları əsasında biznes planın hazırlanması;

Layihənin maliyyə gəlirini və göstəricilərini biznes planda əks etdirilməsı;

Kampaniyaların effektivliyini ölçmək məqsədi ilə təhlilin aparılması.

Müraciət üçün CV-lərinizi, mövzu hissəsində “Biznes inkişafı üzrə ekspert” qeyd etməklə e-mail ünvanına göndərə bilərsiniz.

 

Girovlarla iş və qiymətləndirmə şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi

 Son tarix 20 yan 2022 

Öhdəliklər:

Regionlarda olan ipoteka kredit safarişlərin əmlaklarının qiymətləndirilməsi;

Gördüyü işlər haqqında şöbə rəisinə gündəlik məlumat təqdim etmək;

Şöbə rəisinin göstərişinə əsasən qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirmək;

Biznes kreditlərinin girovlarının qiymətləndirilməsi;

Daxili ipoteka və girov qismində verilmiş kredit əmlaklarının qiymətləndirilməsi;

Gördüyü işlər barəsində hesabat aylıq hesabat.

Tələblər:

Maliyyə, İqtisad sahəsində ali təhsil;

Qiymətləndirmə işləri üzrə iki il iş təcrübəsi;

Yüksək səviyyədə MS Office bilikləri və ən əsası excell bilikləri mükəmməl;

Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis dili biliyi arzuolunandır.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

 

Kredit Risklərinin İdarə Edilməsi şöbəsinin mütəxəssis/ aparıcı mütəxəssis

 Son tarix 20 yan 2022 

Öhdəliklər:

Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsini həyata keçirmək;

Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;

Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;

Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət;

Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;

Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;

Statistik modellərin  hazırlanması.

Tələblər:

İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;

Yüksək ünsiyyətqurma qabiliyyəti; 

Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;

Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;

Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;

İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi (Əlavə statistik proqram biliyi arzu olunandır RpythonSASTibco və.s);

Risklərin idarə edilməsi sahəsində aparıcı mütəxəssis üçün minimum 2 il, baş mütəxəssis üçün isə minimum 3 il iş təcrübəsi.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/  portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.