Danimarka – Tunis oyununa 5.65 əmsallıq PROQNOZ

Bu gün saat 17:00-da Qətərdə keçirilən DÇ-da D qrupuna Danimarka – Tunis qarşılaşması ilə start veriləcək. 3 xal kimin olacaq? Cavabı proqnozumuzda.

DANİMARKA

Danimarka millisi dünya futbolunun istənilən nəhəngi üçün çox çətin rəqib hesab olunur və Qətərə vəsiqə qazanmaqla bunu bir daha sübut edə bildi. Kasper Hülmanın komandası seçmə mərhələdə 9 qələbə qazanıb. Yalnız son turda Şotlandiya millisinə məğlub olsa da (0:2), qrupu lider başa vurdu.

Danimarkalılar Qətərə tam gücü ilə gəldi və yerli azarkeşlər komandanın lideri Kristian Eriksenin sıralara qayıtmasından məmnundurlar. Danimarkalılar Millətlər Liqasında da, çox yaxşı çıxış etdilər və hətta fransızları da geridə qoymağı bacardılar.

TUNİS

Tunisin DÇ-na gedən yolu isə bu qədər asan olmadı. Çünki komanda finalda Maliyə (1:0) qalib gələrək son anda turnirdə iştirak etmək hüququ qazandı. Lakin sonra bu, açıq-aşkar Cəlel Kadrinin yetirmələrində özünə inamı artırdı və seçmə mərhələ başa çatdıqdan sonra qalan oyunlarda da çox güclü çıxış edərək yalnız 1 dəfə Braziliyaya uduzdular (1:5).

Tunislilər Kubokunun finalında Yaponiyanı 3:0 hesabı ilə məğlub etdi. İndi isə pley-offa vəsiqə qazanmaq üçün qrupda daha köklü rəqiblərinə meydan oxumağa çalışacaq. Tunislilərin yaxşı komanda ruhu və çox möhkəm müdafiəsi var. Son 9 qarşılaşmanın 8-də Tunis müdafiəsi qol buraxmayıb.

PRQONOZ

Danimarkalılar ad və təcrübə baxımından rəqibdən üstün olaraq qarşılaşmanın favoriti hesab olunurlar. Danimarka demək olar ki, həmişə qrupda uğurlu çıxış edərək pley-offa vəsiqə əldə etməyi bacarır. Lakin, hələ də pley-offa yüksələ bilməyən Tunis haqqında bunu demək mümkün deyil. Hal-hazırda Danimarka millisinin oyunçuları açıq-aydın daha yaxşı vəziyyətdədirlər və formalarının zirvəsindədirlər.

Görünən odur ki, mübarizə Avropa komandasının üstünlüyü ilə keçəcək, afrikalılar isə müdafiədən oynayaraq rəqibi əks hücumda yaxalamağa çalışacaqlar. Tunislilər müdafiədə çox yaxşı görünürlər və yüksək səviyyəli oyunlar üçün kifayət qədər təcrübəyə malikdirlər. Bununla belə, onlar çox güman ki, Danimarka ilə başa-baş mübarizədə xal qazana bilməyəcəklər.

Bizim ilk proqnozumuz Danimarka üçün Asiya handikapıdır (-1) – 1.86

Tunis qol buraxana qədər çox yaxşı müdafiə olunur. Lakin əgər ilk qolu buraxsa sanki komandanın ruhu ölür və rəqiblər artıq Tunis qapısına daha rahat yol tapmağa başlayır. Braziliya ilə yoldaşlıq oyununda bunun şahidi olduq. Danimarkalılar da öz növbəsində hesabı tez açmaq üçün ilk dəqiqələrdən hücuma atılacaqlar. Biz avropalıların bu oyunda 1 qol vurub dayanacaqlarına inanmırıq.

İkinci mərcimiz Danimarkanın 2 qolla qələbəsi olacaq – 4.40

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 2:0 – 5.65

Danimarka ilk hissədə qol vuracaq – 1.74

İlk hissə qol cəmi – 1.5 ALT (1.33)