“Bravo” işçi axtarır – VAKANSİYA

Vakansiya: Satış üzrə supervisor

Vəzifə öhdəlikləri:

  • Satıcı-kassirləri daim diqqətdə saxlamaq, rəflərin və satış ərazisinin səliqəsinə və təmizliyinə, rəflərin düzgün və nizamlı yığılmasına nəzarət etmək;
  • Çalışdığı şöbənin məhsullarının satışının artırılmasında vəzifə öhdəlikləri daxilində yardımçı olmaq;
  • Market meneceri olmadıqda və ya digər zəruri hallarda onu əvəz etmək və təlimatlarını yerinə yetirmək;
  • Malların rəflərdəki yerinin standartlara, təyin edilmiş qiymətlərə uyğunluğunu və istifadə müddətinin artma sırasına (FİFO) mütənasib düzülüşünü təmin etmək;
  • Zədələnmiş, yararsız, texniki göstəriciləri silinmiş və ya istifadə müddəti bitmiş məhsullar aşkar etmək, rəflərdən qaldırmaq və məsul şəxsi məlumatlandırmaq;
  • Oğurluq hallarına qarşı ayıq olmaq və market daxilində hər hansı şübhəli hərəkət barədə mühafizə əməkdaşlarına və ya məsul şəxsə məlumat vermək;
  • Məhsulları daxili anbardan SƏTƏM qaydaları çərçivəsində təhlükəsiz şəkildə satış ərazisinə gətirmək;
  • Müştərilərin məhsullar barədə hər növ suallarını dəqiq və düzgün cavablandırmaq;
  • İstədikləri məhsulları tapmaqda müştərilərə kömək etmək, onları rəflərə kimi müşayiət etmək və ya lazım gəldikdə əlaqədar işçiyə yönləndirmək;
  • Marketin anbarında ərazinin təmizliyinə riayət etmək;
  • İş ərazisinin, cihaz və avadanlıqların gigiyena qaydalarına uyğun şəkildə təmizliyini təmin etmək və avadanlıqları texniki istifadə qaydalarına uyğun istifadə etmək;
  • Müstəsna xidmət göstərmək məqsədilə daim səliqəli, şirkət tərəfindən verilmiş uniformada (təmin olunmadıqda ağ-qara geyimli formada) olmaq, alıcılara təlimata uyğun gülərüz, yardımsevər, nəzakətlə yaxınlaşmaq və yola salmaq;
  • Lazım gəldikdə rəhbərliyin göstərişi ilə marketlərdə əlavə SƏTƏM qaydaları tələb olunmayan müxtəlif tapşırıqları həyata keçirmək;
  • Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək,  nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
  • Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğsuzluqlar barədə məsul şəxslərə məlumat vermək;
  • İş yükünün kassalar arasında bərabər paylanmasına nəzarət etmək, müştəri izdihamına uyğun olaraq təcili tədbirlər görmək
  • Müştərinin qəbulu və yola salınması zamanı müştəriyə hər cür lazımi köməklik göstərmək;
  • Müştərilər tərəfindən satın alınmış malların qaytarılması və ya dəyişdirilməsi prosesini həyata keçirmək;
  • Müştərilər tərəfindən gələn şikayətləri və narazılıqları səlahiyyət daxilində həll edə bilmədikdə məsul şəxslərə yönləndirmək;
  • Satıcı-kassir olmadıqda və ya həddindən artıq iş zamanı satıcı-kassir vəzifələrini icra etmək;
  • İş ehtiyaclarını qarşılamaq üçün yetərli kassa sayının olmasını təmin etmək;
  • İş zamanı bütün diqqət və aktivliyini işə yönəltmək və müştəri məmnuniyyətinə nail olmaq üçün komanda işinə töhfə vermək;
  • Kassa cihazlarının, avadanlıqlarının texniki vəziyyətini və kassa ərazisinin təmizliyini nəzarətdə saxlamaq;
  • İş qrafikinin başlanğıcında və sonunda pul qutusunun (float) təhvil və təslim prosesini həyata keçirmək;
  • Alış-veriş səbətlərinin və arabaların təyinatı üzrə yerləşməsinə ümumi nəzarət etmək;
  • Kassa çekləri və alış-veriş paketlərini sifariş vermək;
  • Rəhbərliyin göstərişi ilə əlavə SƏTƏM təlimatları tələb etməyən digər işləri həyata keçirmək;
  • Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək,  nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
  • Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğsuzluqlar barədə məsul şəxslərə məlumat vermək;
  • Pulları təhvil-təslimə gəlmiş satıcı-kassir ilə birlikdə saymaq və satılmış malların dəyəri ilə uyğunluğunu yoxlamaq və əmin olmaq, hər hansı uyğunsuzluq olduqda qeydlər aparmaq və məsul şəxsə məlumat vermək;
  • Hər növbənin başlanğıcında və iş zamanı kifayət qədər xırda pulun olduğundan əmin olmaq;
  • Avadanlıqlardan və sayma mexanizmlərindən verilən göstərişlərə əsasən düzgün şəkildə istifadə etmək;
  • Hər növbənin başlanğıcında müştərilərə xidmət göstərən xəzinədarlara “”float”” açmaq və boş “”float””ları doldurmaq;
  • İş ərazisinin, cihaz və avadanlıqların  gigiyena qaydalarına uyğun şəkildə təmizliyini təmin etmək;
  • Rəhbərliyin göstərişi ilə əlavə SƏTƏM təlimatları tələb etməyən digər oxşar işləri həyata keçirmək;
  • Sistemdə problem yaranarsa baş ofisin müvafiq şöbə əməkdaşlarına və ya məsul şəxsə məlumat vermək;
  • Arxa ofisdəki seyfə görə maddi məsuliyyət daşımaq;
  • İş qrafikinin başlanğıcında və sonunda pul qutusunun (float) təhvil və təslim prosesini həyata keçirmək;
  • Ehtiyac yarandıqda rəhbərliyin göstərişi ilə müştərilərə kassa əməliyatları ilə bağlı xidmət göstərmək;
  • Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
  • Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğsuzluqlar barədə məsul şəxslərə məlumat vermək;
  • İşçilərə təlim keçmək və motivasiya etmək ilə bütün işçilərə potensialını və şirkətə olan töhfəsini artırmasında imkan yaratmaq;
  • Birbaşa tabeçiliyində olan işçilərin vəzifə funksiyalarının təsvirləri və öhdəlikləri haqqında dərin biliyə malik olmaq;
  • İş və prosesləri idarə etmək;
  • Tələb olunan fəaliyyət standartlarını və hədəfləri qarşılamaq;
  • Davamlı inkişafın yaradılmasında rəhbərliyə yaxından köməklik etmək;
  • Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğsuzluqlar barədə məsul şəxslərə məlumat vermək.

Namizədə dair tələblər:

  • Orta təhsil;
  • Satış və idarəetmə sahəsində iş təcrübəsinin olması;
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq;
  • Yüksək təşəbbüskarlıq və dinamik işə meyillilik, aktivlik, satış bacarığı və səbrlilik;
  • Azərbaycan dilində səlis danışıq;
  • Rus və ingilis dili bilikləri üstünlükdür
  • Təhlil etmək, problemləri zamanında həll etmək, qərar qəbul etmək və komanda şəklində işləmək bacarığı;
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Müştərini əldə etmək, müştərilər tərəfindən gələn etirazları səbrlə dinləmək, qarşılamaq və onları məmnun etmək bacarığı;
  • Yaxşı səviyyədə komputer istifadəçisi;
  • Ofis proqramlarından sərbəst istifadə bacarığı;
  • Liderlik keyfiyyətləri

Maraqlanan namizədlər [email protected] email ünvanına “Satış üzrə supervisor” başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.