Kapital Bank
Hesabatlıq şöbəsinin aparıcı mütəxəssisi
- MHBS (IFRS)-ə və xüsusi holdinq qaydalarına uyğun olaraq aylıq və illik qrup maliyyə hesabatlarının hazırlanması;
- Holdinq sorğularının vaxtında cavablandırılması;
- Maliyyə məlumatlarının təhlil edilməsi və nəticələrin araşdırılması;
- Şöbənin funksiyasından irəli gələn digər işlərin görülməsi və s.
Tələblər:
- Ali təhsil;
- Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis və rus dili;
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyət və iri həcmli məlumatlar ilə işləmə bacarığı;
- Məsuliyyətlilik, operativlik və dəqiqlik;
- Komanda ilə işləmək bacarığı;
- Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlər (ACCA vəya CFA arzu olunandır);
- Kompüter bilikləri: Excel, SQL və digər..
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Maliyyə uçotu şöbəsində “Bizdən Biri” təcrübə proqramı
Son tarix 11 dek 2022 Müraciət et
Öhdəliklər:
- Hesabların Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planına uyğun açılmasını təmin etmək;
- Maliyyə uçotunun bankın siyasətinə və mühasibatlıq prinsiplərinə uyğunluğunu təmin etmək;
- Uçot səhvlərini və ya uyğunsuzluqları müəyyənləşdirmək və lazimi düzəliş tədbirlərini təklif etmək və s.
Tələblər:
- Ali təhsil;
- MS Excel bilikləri;
- Maliyyə bilikləri;
- ACCA F3, F7 olması arzuolunandır;
- SQL biliklərinin olması arzuolunandır;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Sistem və şəbəkənin idarə edilməsi şöbəsində aparıcı mütəxəssis/baş mütəxəssi
Son tarix 11 dek 2022 Müraciət et
Öhdəliklər:
- Bankın şəbəkə infrastrukturunun sazlanması və idarə olunması;
- Bankın şəbəkə infrastruktunun təhlükəsizliyinin təmin olunması;
- Bankın şəbəkə infrastrukturunun sənədləşdirilməsi və mütəmadi yenilənməsi;
- Bankın şəbəkə infrastrukturunun monitorinqi və nəzarət olunması;
- Şəbəkə resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparılması;
- Şəbəkə infrastrukturunda mövcud olan problemlərin aradan qaldırılmasında iştirak edilməsi və s.
Tələblər:
- İT sahəsində ali təhsil;
- Şəbəkələrin idarə olunması sahəsində ən azı 3 illik iş təcrübəsi;
- IS-IS, OSPF və BGP protokollarının sazlanması və idarə olunması;
- VPN texnologiyaları ilə iş bacarığı (DMVPN, İPSec, RA VPN);
- Firewallarla iş təcrübəsi (Palo Alto);
- Cisco İSE ilə iş təcrübəsi;
- Wireless şəbəkəsi ilə iş təcrübəsi (Cisco WLC, HP WLC);
- Müxtəlif istehsalçıların şəbəkə avadanlıqları ilə işləmək qabiliyyəti;
- CCNA Security, CCNP R/S sertifikatı və ya ekvivalent biliyin olması mütləqdir;
- PCNSA sertifikatı və ya ekvivalent biliyin olması arzu olunandır;
- SD-WAN və SDA biliklərinin olmağı arzu olunandır.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.