Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson İstanbula uçarkən görüntülənib.
İndex.az xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun təyyarənin ekonom sinifində İstanbula gəldiyi anlar digər sərnişinlər tərəfindən lentə alınıb.
Conson İstanbuldan sonra İqlim Sammitində iştirak etmək üçün Misirə uçacaq.
İyulun 7-də hakim Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verən Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson, dünən planlaşdırılmış uçuşla İstanbula gəlib. Onun ekonom sinifdə səyahət etməsi diqqət çəkib.Təyyarədə eynək taxan keçmiş baş nazir Consonun səfər zamanı çəkilmiş fotoşəkili onun günəş eynəyi taxaraq gizləndiyini göstərir.