ARDNF investisiya portfelində daşınmaz əmlakın payını artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində daşınmaz əmlakın payı il ərzində dəyişərək 6 %-dən 6,4 %-ə qalxıb.

İndex.az ARDNF-ə istinadən xəbər verir ki, Fondun investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 62,9 % təşkil edib ki, bu da 2021-ci ilin 9 aylıq göstəriciləri ilə müqayisədə 0,2 faiz bəndi azdır.

Məlumata görə, əvəzində ARDNF investisiya portfelində səhmlərin payını 18,1 %-dən 18,7 %-ə çatdırıb.
Fond investisiyalarında qızılın payını 12,8 %-dən 12 %-ə azaldıb.

Hazırda ARDNF-in 101,8 ton qızılı var ki, bu da 1 il əvvələ nisbətən eyni səviyyədədir.