Ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum etdilər

Ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum ediblər.

İndex.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Erməni vandalları səfirliyin binası qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıb.

Fransa polisi onlara polis müdaxilə etməyib.

Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev öz Tvitter səhifəsində səfirliyin binasına basqınla yanaşı fransız polisinin laqeydliyinə etiraz edib:  “Fransanın erməni fanatları Azərbaycanın səfirliyinə basqın edirlər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fransaya ayıb olsun!”.