Əhalimizin gəlirləri 20% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 44 milyard 481,2 milyon manat təşkil edib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 19,5% artaraq 4 423 manata çatıb.