“Veysəloğlu” Şirkətlər Qrupuna işçilər tələb olunur

Veysəloğlu Şirkətlər Qrupu

SAP analitik (EWM – Depolama) / (TM – Nəqliyyat)

Son tarix 18 avq 2022 – [email protected]

Tələblər:

  • İnformasiya sistemlərinin idarəedilməsi, kompüter mühəndisliyi, tətbiqi riyaziyyat, məlumat sistemlərinin idarəedilməsi üzrə ali təhsil;
  • Əməliyyat araşdırmaları, sistem təhlili, layihələrin və məlumat bazalarının idarə edilməsi sahəsində məlumatlı olmaq;
  • Proqramlaşdırma bacarıqları;
  • Yaxşı səviyyədə ingilis dili bilikləri.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “SAP analitik (EWM)” və ya “SAP analitik (TM)” yazmaqla, öz CV-lərini göndərə bilərlər.

 

Daxili Auditor

Son tarix 18 avq 2022 – [email protected]

Ümumi tələblər:

  • Ali iqtisadi təhsil;
  • Pərakəndə satış və istehsalat sektorlarında maliyyə, mühasibatlıq, büdcə və hesabatlılıq, daxili və ya kənar audit təcrübəsi;
  • Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
  • Mühasibat uçotu və hesabatlılıq üzrə nəzəri biliklər;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili biliyi üstünlükdür);
  • Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (“Power BI” bilikləri üstünlükdür);
  • “Certified Internal Auditor (CIA)” və ya “ACCA” üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Daxili Auditor” yazmaqla, öz CV-lərini göndərə bilərlər.

 

Operator

Son tarix 18 avq 2022 – [email protected]

Veysəloğlu Şirkətlər Qrupu Meyvə-Tərəvəz Satınalma Şirkəti daxilində “Operator” vakansiyasını elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • Günlük alış qiymətlərini sistemə işləmək;
  • Günlük depoya daxil edilən alış sənədlərinə qiymətləri daxil etmək;
  • Günlük alış sənədlərini çap edərək qaimə ilə qarşılaşdırmaq;
  • Günlük alış edilmiş sənədlərin paketlərə qoyularaq mağazalara göndərilməsini təmin etmək.

Tələblər:

  • Ali təhsil arzuolunandır;
  • Retail sahəsində iş təcrübəsi üstünlükdür;
  • Orta səviyyədə MS Excel biliyi;
  • Tiger və ERP proqramları biliyi;
  • İşdə dəqiqlilik və komandada işləmə bacarığı.

Karyerasına bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Operator(MT)” yazmaqla, öz CV-lərini göndərə bilərlər