Milayıl Cabbarov: “Sənaye məhsullarının ixracı 42 % artıb”

“Azərbaycandan qeyri-neft-qaz məhsullarının ixracının 60 %-ni sənaye məhsulları təşkil etdiyi halda, sənaye məhsullarının ixracı 42 % artıb. Bu da sənaye potensialının artırılması ilə birbaşa bağlıdır”.

İndex.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov iyulun 15-də Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə bildirib.

“Bu ürəkaçan nailiyyətlərin əldə olunmasında əsas amillər kimi, Sizin rəhbərliyinizlə dərinləşən iqtisadi islahatların real effektlərini qeyd etmək mümkündür. Uzaqgörən siyasətiniz nəticəsində ölkəmizin enerji istehsalçısı olması və enerji ilə yanaşı, beynəlxalq əhəmiyyətli haba çevrilməsi, qeyri-neft nəqliyyat tranzit infrastrukturunun mövcudluğu, dövlət müəssisələrinin idarə edilməsində effektivliyin artırılmasının təsiri, – burada Azərbaycan İnvestisiya Holdinqi də tapşırığınızla fəaliyyətini davam etdirir, – və kölgə iqtisadiyyatının azaldılmasına yönəlmiş fəaliyyətin nəticələrini qeyd edə bilərik”, – deyə nazir qeyd edib.