Bu gün banklar 17 milyon dollar aldı – HƏRRAC

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

İndex.az xəbər verir ki, hərracda tələb 16.7 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilib.

Qeyd edək ki, adətən Mərkəzi Bankda valyuta hərracları çərşənbə axşamı və cümə axşamları keçirilir. Ötən günlərdə Qurban bayramı ilə qədər 4 gün ardıcıl iş günü olduğu üçün AMB növbəti dəfə təşkil edib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşıb.