Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 539,751 milyon manat təşkil edib.
İndex.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,6% çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 14,5 % artaraq 638,311 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 30,4 % artaraq 1 802,834 milyon manat, aksizlər üzrə daxilolmalar 10,2 % azalaraq 69,916 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 38,3 % artaraq 28,689 milyon manat olub.