DSMF “Kapital Bank” və ABB-yə 17 milyon manat ödəyəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) bank xidmətləri ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

İndex.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “Azərbaycan Beynəlxalq Bankı” və “Kapital Bank” ASC-lərdir.

Qalib banklara müvafiq olaraq 8,238 milyon manat və 8,933 milyon manat, ümumilikdə isə 17,171 milyon manat ödəniləcək.