Qurban bayramı ilə əlaqədar 9 və 10 iyul tarixlərində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
İndex.az xəbər verir ki, “ASAN xidmət”dən Yeniavaz.com-a verilən xəbərə görə,11 iyul tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
11, 12 və 13 iyul tarixlərində Bakı şəhərində yerləşən “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində iş saat 17:00-da, regional mərkəzlərdə isə 16:00-da bitəcək.