AÇG və “Şahdəniz” Azərbaycana 163 milyard dollardan çox gəlir gətirib

İndiyə qədər Azərbaycan “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” qaz-kondensat yatağından 555 milyon ton neft hasil edilib.

İndex.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.

Onun sözlərinə görə, qeyd edilən yataqlardan indiyədək 168 milyard kubmetr qaz və 36 milyon ton qaz kondensatı hasil edilib.

Nazir həmçinin qeyd edib ki, bu layihələr Azərbaycana 163 milyard ABŞ dollarından çox gəlir qazandırıb.