ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi neft sektorunu əhatə edəcək.
İndex.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Maliyyə Nazirliyinin müvafiq sənədinə istinadən məlumat yayıb.
Məhdudiyyətlər siyahısına Rusiya neftini daşıyan təxminən 180 neft tankeri, onlarla treyder, iki böyük şirkət və onların rəhbərləri daxil ediləcək.