ABŞ və Böyük Britaniya Yəmənin paytaxtı və digər ərazilərə zərbə endirib

ABŞ və Böyük Britaniya aviasiyası bu gün Yəmənin şimalını idarə edən husilərin Əmran və Səna əyalətlərindəki hərbi mövqelərinə intensiv hava zərbələri endirib.

İndex.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə həmin əyalətlərin hakimiyyət orqanları məlumat verib.

“ABŞ və Böyük Britaniya qırıcıları Umran əyalətinin şimalındakı Cəbəl əl-Əsuad dağında 29-cu mexanikləşdirilmiş briqadanın müxtəlif obyektlərinə 12 hücum həyata keçirib. Daha dörd zərbə isə paytaxt Sənaya endirilib”, – mənbələr qeyd edib.