Ötən il işğaldan azad edilmiş ərazilərdə 15.9 km yeni yol çəkilib

Ötən il 110.27 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, 161 ədəd piyada, 20 ədəd tank əleyhinə mina, 220 ədəd partlamamış hərbi sursatın zərərsizləşdirilib.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində məlumat verilib.

Bununla yanaşı 2024-cü il ərzində 1000 metr məsafədə hərəkət təhlükəsizliyi üçün xüsusi valların salınıb, 30.6 km məsafədə mühəndis-texniki çəpərin və fiber-optik kabel xətti çəkilib.