“Rusiya – Ukrayna cəbhəsində hadisələr öz məntiqi ilə davam edir. Son 30 ildir ki, dünyanın müxtəlif bölgələrində gərginlik hökm sürür. Burada Sovet İttifaqının dağılmasından sonra ABŞ-ın birqütblü siyasətinin nəticəsi idi”.
İndex.az xəbər verir ki, bu fikirləri MediaTürk Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, Çinin sürətlə inkişafı ABŞ-ın birqütblü siyasətinə də təsir edib.
“İndi Rusiya-Ukrayna savaşı eynilə II Dünya müharibəsini xatırladır. II Dünya müharibəsi dövründə də SSRİ-yə gözləmə mövqeyi ilə dəstək verirdi. Bu gün Qərb Ukraynaya da məhz bu gözləmə mövqeyi ilə dəstək verir”, – deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videoda: