TƏBİB: Gələn ildən tibb müəssisələrində vərəm, çarpayı, təxliyə modulları tətbiq olunacaq

Vərəm, çarpayı, təxliyə modulu kimi modullar hazırlanıb və gələn ilin ilk aylarında TƏBİB tabeli tibb müəssisələrində tətbiq olunacaq.

Index.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına dair keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

O xatırladıb ki, gələn ilin birinci rübündən başlayaraq E-tabib Xəstəxana İdarəetmə Sisteminin tətbiq edilməsi də planlaşdırılır.