Koreya Respublikasının parlamenti ölkənin birinci xanımı Kim Qon Hi barəsində araşdırma başlanılması ilə bağlı qanun layihəsini rədd edib.
İndex.az xəbər verir ki, bu, YTN telekanalının dərc etdiyi deputatların səsvermə nəticələrindən məlum olub.
Məlumata görə, müxalifət Kim Qon Hini deputatlığa namizədlərin irəli sürülməsi prosesinə müdaxilədə və s. şübhəli bilir.
Araşdırmanın lehinə 198, əleyhinə 102 deputat səs verib. Qəbul üçün parlamentarilərin səslərinin üçdə ikisi lazım idi. Həmçinin Prezident Yun Sok Yolun impiçmenti məsələsi də müzakirə olunur.