Putinin qaz fərmanı rublu bahalaşdırdı

Rusiya prezidenti Vladimir Putinin təbii qaz ödənişləri ilə bağlı fərmanından sonra 1 dollar rubla nisbətdə 100-dən aşağı düşüb və sonuncu dəfə 99,90-dan alınıb.

İndex.az xəbər verir ki, keçən ay ABŞ-ın “Qazprombank”ı Rusiya sanksiyaları əhatəsinə daxil etməsindən sonra Putin dünən Rusiyadan təbii qaz alan ölkələrin pullarının “Qazprombank”da rubla çevrilməsi imkanını ləğv etmək qərarına gəlib.

İstehlak etdiyi boru kəməri qazının yarısını Rusiyadan tədarük edən Türkiyə ABŞ-ın sanksiyalarının Rusiya arasındakı sıx enerji ticarətinə necə təsir edəcəyini qiymətləndirərkən ABŞ-la güzəştin verilməsi üçün danışıqlar aparır.