ABŞ-ın Çinin yarımkeçirici sənayesinə yeni məhdudiyyətlər tətbiq etməyə hazırlaşdığı iddia edilib.
İndex.az xəbər verir ki, bunlar son üç ildə tətbiq ediləcək məhdudiyyətlərin üçüncü mərhələsi olacaq.
“Reuters”in məlumatına görə, yeni məhdudiyyətlər çip avadanlıqları istehsalçısı “Naura Technology Group” da daxil olmaqla 140-dan çox Çin şirkətini hədəf alacaq və qabaqcıl texnologiya ixracına daha sərt nəzarət əlavə edəcək.
Xəbər agentliyinə danışan adı açıqlanmayan iki mənbə bildirib ki, son cəhd Çinin qabaqcıl çip istehsalında irəliləyişinə mane olmaq məqsədi daşıyır.