Delaver Məhkəməsinin hakimi Kathaleen McCormick, “Tesla”nın illik səhmdarlar yığıncağında səsvermədə təsdiqlənsə də, Maskın maaş paketini ləğv etmək qərarını təkrarladı.
İndex.az xəbər verir ki, yanvar ayında McCormick, Maskın təxminən 56 milyard dollar dəyərində maaş paketinin “ağılasığmaz bir məbləğ” olduğu və şirkətin idarə heyəti tərəfindən ədalətsiz olaraq təyin edildiyi səbəbiylə ləğv edilməsinin yolunu açdı.
Mövzu ilə bağlı X hesabında paylaşım edən Mask deyib: “Heç vaxt Delaver əyalətində şirkətinizi qurmayın”. Daha sonra şirkəti Texas əyalətinə köçürmək planını açıqladı.
İyun ayında “Tesla” səhmdarları Maskın ləğv etdiyi çoxmilyardlıq maaş paketinin və şirkətin Texasa köçürülməsi təkliflərinin lehinə səs verdi.
Maaş paketini dəstəkləyən səslərin məhkəmə qərarını qüvvədən salmayacağı, əksinə qərarı yenidən qiymətləndirməkdə Maska üstünlük verəcəyi bildirilib.
Bu ilin əvvəlində təxminən 56 milyard dollar olan ödəniş paketinin dəyəri ABŞ prezident seçkilərindən sonra “Tesla”nın səhmlərinin sürətlə artması ilə 100 milyard dolları keçib.